Məktəbdə Pedaqoji Şuranın iclası keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq 14 sentyabr 2017-ci il tarixində pedoqoji şuranın iclası keçirildi. İlk öncə məktəbimizin direktoru M.A.Kazımov pedaqoji kollektivi salamladı, daha sonra tədris ilinin yekunu və qarşıda duran vəzifələri müəllimlərin diqqətinə çatdırdı. Direktor müavinlərinin çıxışlari oldu. İclasda gündəlikdə duran məsələlərlə yanaşı, 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə və Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrləri də pedaqoji kollektivin diqqətinə çatdırıldı. Həmçinin Yeni dərs ili üçün dərs bölgüsü, illik dərs planlaşdırmaların müzakirəsi və digər cari məsələlər müzakirə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi