Məktəbdə Pedaqoji Şuranın iclası keçirildi

30 iyun 2017-ci il tarixində 318 nömrəli məktəbin Pedaqoji Şurasının iclası keçirildi. İclasda 2016-2017-ci tədris ili ərzində məktəbin fəaliyyəti haqqında direktor əvəzi Mürsəl Kazımov hesabat tipli çıxış etdi. Bir illik fəaliyyət dövründə 70-ə yaxın “Açıq dərs”, müxtəlif mövzularda “Dəyirmi masa”, təqdimat tipli dərslər, hər ay keçirilən “Açıq qapı” günləri, müxtəlif fənlər üzrə bilik yarışmaları və tədbirlər keçirilmişdir. Bütün bunlar şagirdlərin təlim-tərbiyəsində, vətən üçün layiqli övlad kimi yetişməsində mühüm amillərdir. Çıxışda 9 və 10-cu sinif şagirdlərinin imtahan nəticələri haqqında da məlumat verildi. Şagirdlərin yüksək nəticələr göstərməsində müəllimlərinin böyük səyi və zəhməti olduğu vurğulandı. Müzakirə olunan məsələlərdən biri də məktəbin istilik sisteminin yaxşılaşdırılması məsələsi və bu istiqamətdə görülən işlər oldu. Sonda bəzi məsələlərə aydılıq gətirildi, müəllimlərin sualları cavablandırıldı.