7 "Ə" sinif şagirdi Balakişiyev Kənan Vüqar oğlunun "Qarabağ Atları" adlı rəsm əsəri diplomla mükafatlandırıldı

Estetik Tərbiyə üzrə Respublika Tədris - Metodik Mərkəzi tərəfindən 6-17 yaş arasında olan uşaq və gənclərin IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd - IV İslam Həmrəyliyi Oyunlarını məktəblilər arasında təbliğ etmək, şagirdlərdə dini tolerantlıq, islam xalqları arasında sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, islam mədəniyyəti, incəsənəti və tarixini təbliğ etməkdən ibarətdir. Bu müsabiqədə məktəbimizin 7 "Ə" sinif şagirdi Balakişiyev Kənan Vüqar oğlu öz "Qarabağ Atları" adlı rəsm əsəri ilə iştirak etdi. Kənan IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsində fəal iştirakına görə diplomla mükafatlandırıldı. Ona gələcək həyatında da uğurlar dıləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi