Məktəbəqədər hazırlıq qrupunun müəllimi Ülviyyə Rüstəmova "Hesabat" dərsi keçmişdir

1 İyun "Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibətilə 318 nömrəli məktəbdə məktəbəqədər hazırlıq qrupunun müəllimi Ülviyyə Rüstəmova "Hesabat" dərsi keçmişdir. Qrupun şagirdləri dərsdə əldə etdiyi uğurlara görə məktəbin direktor əvəzi Mürsəl Kazımov tərəfindən diplomla təltif olundu. Uşaqlar il ərzində öyrənib, bildiklərini böyük fərəh hissi ilə nümayiş etdirdilər. Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi onlarda böyük sevinc hissi oyatdı. Artıq bu balaca körpələr məktəbdə uğur qazanmağın ilk sevincini yaşadılar.