“Azərbaycanın ekoloji vəziyyəti ”

Bu gün 318 nömrəli orta məktəbdə coğrafiya fənnindən növbəti "Açıq dərs" keçirildi. Dərsi coğrafiya müəllimi Gülnarə Mehdiyeva “Azərbaycanın ekoloji vəziyyəti və turizm” mövzusunda 8 "E" sinfində təşkil edildi. Dərs yeni PİSA qiymətləndirmə üsulu ilə keçirildi. Dərsin məqsədi şagirdlərin turizm və rekreasiya anlayışını dərk etməsi, onun ekoloji aləmə, yəni eko sistemə müsbət və mənfi təsirlərinin izahı idi. "Turizm və rekreasiyanın mahiyyətini necə izah etmək olar?" tədqiqat sualı qoyuldu. Qruplar "Karusel" üsulu ilə sualı cavablandırdılar. Dərsdə məktəbin direktor müavinləri – Tutu Həmzəyeva, Aytən Sadıqova, Malik Mehbalıyev iştirak etdilər. Müəllim məqsədəuyğun təlim üsullarından istifadə edərək şagirdlərin diqqətini bütünlüklə mövzunun öyrənilməsinə cəlb etdi. Həmçinin şagirdlər tərəfindən mövzunu əhatə edən divar qəzetləri, təqdimatlar hazırlandı. Peşəkarcasına qurulmuş dərs dinləyənlər tərəfindən bəyənildi.