Bu gün 8-ci sinif şagirdlərinin iştirakı ilə "Riyaziyyat" gecəsi keçirildi

30 may 2017-ci il tarixində məktəbimizin riyaziyyat müəllimi Vüsalə Abbasovanın təşkilatçılığı ilə 8-ci siniflər arasında “Riyaziyyat gecəsi” adlı bilik yarışı keçirildi. Yarışda 7 sinif iştirak etdi. Yarışma 3 mərhələdən ibarət oldu. Şagirdlər bilik yarışı zamanı riyaziyyatdan və məntiqdən testlər işlədilər. Yarışdan sonra bədii hissə başladı. Bədii hissədə isə şagirdlər riyaziyyat haqqında şeirlər, mahnılar, aforizmlər səsləndirib riyazi tapmacalar təqdim etdilər. Səhnəciklər və rəqslər ifa edildi. Şagirdlər “Əziz müəllimim” mahnısını ifa edərək müəllimlərinə öz təşəkkürlərini bildirdilər. Sonda siniflərin nəticələri açıqlandı. Münsiflər heyətinin qərarına əsasən I yerə 8 "Ç", II yerə 8 "B", III yerə 8 "D" sinfi layiq görüldü. Onlar diplomla təltif olundular. Tədbirdə məktəbin direktor əvəzi Mürsəl Kazımov, direktor müavinləri – Tutu Həmzəyeva, Aytən Sadıqova, Malik Mehbalıyev, Uşaq birliyinin rəhbəri Xədicə Səmədova, məktəbin riyaziyyat müəllimləri və valideynlər iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi