Şagirdlərimiz məktəblərarası bilik yarışında qalib oldular

22 may 2017-ci il tarixində 327 nömrəli tam orta məktəbdə ingilis dili fənnindən məktəblərarası bilik yarışı keçirildi. Yarışda məktəbimizin 5-ci sinif şagirdlərindən ibarət “Bilik” komandası 327 nömrəli tam orta məktəbin 5-ci siniflərindən ibarət “Təfəkkür” komandası ilə yarışdı. Yarış üç mərhələdən ibarət idi. 1-ci mərhələ “Grammar”, 2-ci mərhələ “Writing”, 3-cü mərhələ isə “Speaking” üzrə aparıldı. Yarış 318 nömrəli məktəbin üstünlüyü ilə başa çatdı. Məktəbimizin şagirdləri 1-ci yerə layiq görülüb, diplomla təltif edildi.