Məktəbin biologiya müəllimi Şəhla Mehdiyevanın rəhbərliyi ilə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda "Dəyirmi masa" keçirildi

2016-2017 - ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini "Təhsili dəyərə çevirək" devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də "Sağlam həyat tərzi"dir. Sağlamlığın səviyyəsi - insanın sağlamlığının "miqdar" göstəricisidir. Bununla əlaqədar 19 may 2017-ci il tarixində məktəbimizin 8 "E" sinfində Həyat bilgisi fənnindən məktəbin biologiya müəllimi Şəhla Mehdiyevanın rəhbərliyi ilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda "Dəyirmi masa" keçirildi. İlk öncə Şəhla müəllim mövzu ilə əlaqədar olaraq ümumbəşəri bir problemə çevrilən – narkotik maddələrin, spirtli içkilərin, tütün məmulatlarının, zəhərli maddələrin asılılıq fəsadlarından və insan taleyinə vurduğu ziyanlarından danışdı. Sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər, onları maraqlandıran suallar cavablandırıldı. Şagirdlər həm qrup işində, həm də fərdi sorğuda xüsusi fəallıq göstərdilər. "Dəyirmi masa"da məktəbin direktor əvəzi Mürsəl Kazımov, direktor müavinləri – Tutu Həmzəyeva, Aytən Sadıqova, Uşaq birliyinin rəhbəri Xədicə Səmədova, tarix müəllimi Sevda Kərimova, azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Məmmədəliyeva, kitabxana müdiri Almaz Rüstəmova iştirak etdilər.