7 "B" sinfində coğrafiya müəllimi Tahirə Əsədovanın rəhbərliyi ilə "Açıq dərs" keçirildi

16 may 2017-ci il tarixində 318 nömrəli orta məktəbdə coğrafiya fənnindən “Təsərrüfat və iş yerləri” mövzusunda "Açıq dərs" keçirildi. Dərsi coğrafiya müəllimi Tahirə Əsədova 7 "B" sinfində təşkil etmişdir. Dərs çox maraqlı motivasiya ilə başlandı. Mövzu aydınlaşdıqdan sonra şagirdlər müxtəlif formada fikirlərini bildirdilər, maraqlı təqdimatlar, kiçik səhnəciklər nümayiş etdirdilər. Müəllim məqsədəuyğun təlim üsullarından istifadə edərək şagirdlərin diqqətini bütünlüklə mövzunun öyrənilməsinə cəlb etdi. Şagirdlər təlim prosesində fəal iştirak etdi və onların nailiyyətləri dərs boyu müəllim tərəfindən qiymətləndirildi. Dərsdə demokratik mühitlə yanaşı nizam-intizamın təşkili də təmin edilmişdir. Müəllim dərsi böyük ustalıqla qurduğundan dinləyənlər tərəfindən bəyənildi. Dərsdə məktəbin direktor əvəzi Mürsəl Kazımov, direktor müavinləri – Tutu Həmzəyeva, Aytən Sadıqova, Uşaq birliyinin rəhbəri Xədicə Səmədova və valideynlər iştirak etdilər. Dərsin gedişini izləyən direktor əvəzi və direktor müavinləri dərsin nəticəsinə dair öz rəy və təkliflərini Tahirə Əsədova bildirdilər. Sonda coğrafiya müəllimi Tahirə Əsədovanın keçirdiyi siniflərarası yarışmada fərqlənən şagirdlər - Abbaszadə Sənan, Hüseynli Aysel və Şükürlü Seymur Fəxri fərmanla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi