Şagirdlərimiz şokolad fabrikinə ekskursiya etdilər

16 may 2017 tarixində məktəbimizin 4 "Ç" sinfi direktor müavini Tutu Həmzəyeva və sinif müəllimi Səadət Səfərovanın rəhbərliyi ilə "Ulduz" şokolad fabrikində ekskursiyada olmuşdur. Əvvəlcə şagirdlər fabrikin yaranma tarixi, iş prinsipləri ilə tanış oldular. Sonra fabrikin əməkdaşları tərəfindən şagirdlərə şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat verildi, şagirdlərlə birgə bütün istehsal sahəsi üzrə gəzinti təşkil edildi. Fabrikdə insan əli dəymədən şokoladın necə hazırlandığı şagirdlərdə böyük maraq yaratdı. Belə ekskursiyaların şagirdlərimizin dünya görüşünün formalaşmasında, onların peşəyönümlü ixtisaslara yönəldilməsində böyük rolu var.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi