Müasir Azərbaycan dövlətinin siyasi memarı-Heydər Əliyev

11 may 2017-ci il tarixində Ulu Öndərimiz, zəmanəmizin böyük vətəndaşı - Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibəti ilə məktəbimizin 4 "Ə" və 4 "D" sinifləri “Müasir Azərbaycan dövlətinin siyasi memarı-Heydər Əliyev” adlı təqdimat hazırladılar. İlk öncə qruplara bölünən şagirdlər öz yerlərini alaraq kağız üzərində əl işlərini nümayis etdirdilər. Qrupdakı hər bir şagird Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında sitatlar yazaraq təqdimatı hazır etdilər. Hər bir qrup hazırladığı təqdimatı təqdim etdikdən sonra müəllim və şagirdlər tərəfindən qalib komanda müəyyən edildi. Daha sonra hər bir sinif qalib komandalar təqdimatları ilə bərabər ardıcıl olaraq Heydər Əliyev guşəsinə- Ulu Öndərin büstü qarşısına gəldilər. Müəllimlər Surat Əliyeva və Nuranə Əsədova Ulu Öndərin həyat və yaradıcılığından, vətənimiz üçün gördüyü işlərdən danışdılar , onun ibrətamiz sözlərindən şagirdlərə nümunələr dedilər. Sonda məktəbin direktor muavini Rəsmiyyə Hüseynova Heydər Əliyevin dövlətçiliyimizdə, o cümlədən, təhsilimizdəki rolundan danışdı.