ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN 94 İLLİYİNƏ HƏSR OLUNMUŞ "TARİX YARADAN İNSAN" ADLI TƏDBİR KEÇİRİLDİ

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Bu günlər biz bu əvəzolunmaz insanın – dahi şəxsiyyətin anadan olmasının 94-cü ildönümünü qeyd edirik. 10 may 2017 tarixində 318 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdlərinin əl işlərindən ibarət baxış - sərgi təşkil olundu. Sərgi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuşdur. Hər sinif ayrı-ayrılıqda muncuqdan, balıqqulağından, rəngli saplardan istifadə edərək cürbəcür əl işləri hazırlamışdılar. Daha çox diqqəti cəlb edən əl işi Azərbaycan Respublikasının Milli atributları olan bayrağımız, gerbimiz oldu. Məktəbin direktor müavini Aytən Sadıqova və Uşaq Birliyi Rəhbəri Xədicə Səmədovanın təşkilatçılığı sayəsində araya-ərsəyə gəlmiş sərgi məktəb kollektivində və şagirdlərdə böyük maraq doğurmuşdur. Baxış-sərginin keçirilməsində məktəbin ibtidai müəllimləri də yaxından iştirak etmişlər.Sərgidə məktəbin direktor əvəzi Mürsəl Kazımov, direktor müavinləri – Tutu Həmzəyeva, Rəsmiyyə Hüseynova, Malik Mehbalıyev, məktəbin müəllim - şagird kollektivi və valideynlər iştirak etdilər. Sərgi iştirak edənlər tərəfindən yüksək maraqla qarşılandı.