SƏN ƏLÇATMAZ ZİRVƏSƏN

10 may görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycanın qurucusu Heydər Əliyevin ad günüdür. Bu günü bütün Azərbaycan xalqı qeyd edir. Bakı şəhəri Suraxanı rayon 318 nömrəli tam orta məktəbdə də ulu öndərin 94 illiyi geniş şəkildə qeyd edildi. Belə ki, 10 may 2017-ci il tarixdə 318 nömrəli tam orta məktəbin Uşaq Birliyinin Rəhbəri Xədicə Səmədovanın təşkilatçılığı ilə “Heydər Əliyev” guşəsində 4 və 5-ci sinif şagirdləri ilə Ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Sən əlçatmaz zirvəsən” adlı ədəbi-bədii kompazisiya keçirildi. Tədbir Ulu öndərin xatirəsinin 1 dəqiqəlik sukutla yad edilməsi ilə başlandı. Daha sonra ədəbiyyat müəllimi Samirə İsmayılzadə böyük şəxsiyyətin həyatından, siyasi fəaliyyətindən, rəhbəri olduğu quruculuq işlərindən ətraflı məlumat verdi. Şagirdlər böyük məhəbbətlə ümummilli liderə həsr olunmuş şeirlər söylədilər. Onların söylədikləri şeirlərdə Heydər dühasına və xalqına məhəbbət kimi hisslər tərənnüm edildi. Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş sivil dünya dövlətləri cərgəsinə çıxarmaq arzusu ilə yaşamış və bu arzunun reallaşmasına bütün həyatını həsr etmişdir. Böyük şəxsiyyət hər zaman demişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Biz hamımız fəxr edirik ki, biz Azərbaycanlıyıq! 5 "B" sinif şagirdi Səmədli Selcan Kənan qızı isə özünün yazdığı “Azərbaycan ” şeirini söylədi. Tədbirdə direktor müavinləri – Tutu Həmzəyeva, Aytən Sadıqova da iştirak etdilər. İştirak edənlər Ulu öndər Heydər Əliyev haqqında, onun həyatı və siyasi fəaliyyəti, haqqında danışmış, Azərbaycan uşaqlarının qəlbində öz əbədi heykəlini qurmuş bu nəcib və alicənab insanın danılmaz xidmətlərindən söhbət açmışlar. Onlar vurğuladılar ki, bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi varisi müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, ernerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.