Heydər Əliyev və Azərbaycan tarixi

04 may 2017-ci il tarixdə məktəbimizin tarix müəllimi Elşad Məmmədovun rəhbərliyi ilə 10 "B" sinfində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda təqdimat - dərs keçirildi. Dərsdə direktor müavini – Tutu Həmzəyeva, məktəbin psixoloqu Vəfa Əliyeva, Kitabxana müdiri Almaz Rüstəmova, ingilis dili müəllimi Təranə Əhmədova, riyaziyyat müəllimi Vüsalə Abbasova və Uşaq Birliyinin rəhbəri Xədicə Səmədova iştirak etdilər. Dərsdə əsasən Heydər Əliyevin tolerantlıq, milli ideologiya, azərbaycançılıq istiqamətindəki fəaliyyətindən bəhs edildi. Müəllim çıxışında bildirdi ki, Heydər Əliyevin müəyyən etdiyi ideologiyanın əsası azərbaycançılıq idi. Milli ideologiya ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni dövr üçün zənginləşdirilir və inkişaf etdirilir. Dərsdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş video çarxlar göstərildi. Sonda şagirdlərin sualları cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi