Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunan tədbirlərimiz davam etməkdədir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunan tədbirlərimiz davam etməkdədir. Belə ki, 05 may 2017-ci il tarixində 318 nömrəli orta məktəbin tarix müəllimi Gültəkin Piriyeva Ulu öndərin həyat və fəaliyyəti haqqında mühazirə ilə çıxış etdi. 8 "Ç" sinfi ilə keçirilən mühazirədə direktor müavinləri – Tutu Həmzəyeva, Aytən Sadıqova da iştirak etdilər. Məqsəd ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini şagirdlər arasında geniş təbliği, ulu öndər Heydər Əliyev irsi ilə şagirdləri yaxından tanış etmək, xalqın xilaskarına məhəbbət aşılamaqdır. Bu gün çiçəklənən, qüdrətlənən Azərbaycana baxdıqca ulu öndərin müdrikliyi gözümüzün önünə gəlir. Düşünürük ki, nə qədər Azərbaycan var Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Heydər Əliyevin ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Heydər Əliyev dünyanın nadir, unikal seçilən siyasət adamı idi. Müəlim çıxışında qeyd etdi ki, Heydər Əliyev bütün fəaliyyətində hansı dövrdə, hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə xalqının xidmətində dayanıb. Elə buna görə də bu gün gündən - günə inkişaf edən müstəqil Azərbycan Ümummilli Liderin şah əsəridir.