Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar məktəbimizdə tədbir keçirildi

Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çıxarmışdır. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Ulu Öndərin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı miras qoyub getdi, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdı. Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar məktəbin rəsm müəllimi Lalə İsgəndərovanın rəhbərliyi ilə tədbir keçirildi. Şagirdlər məktəbin həyətini al-əlvan rəsmlərlə bəzədilər. Mahnı sədaları altında kimisi gül-çiçək şəkli, kimisi bayraq şəkli, kimisi isə sülh göyərçini çəkdilər. Şagirdlərin həvəsi müəllim kollektivinə də sirayət etmişdi. Onlar uşaqlara öz tövsiyələrini bildirir, hətta onlarla bərabər şəkil çəkirdilər. Şagirdlər öz işlərindən böyük zövq aldılar və tədbirdən xoş təəssüratlarla ayrıldılar.