Şagirdlərimiz şeir müsabiqəsində uğur qazandılar

02 may 2017 -ci ildə Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş "Əbədiyaşar Lider" mövzusunda Suraxanı rayonu tam orta məktəblərin 15-17 yaşlı şagirdləri arasında şeir müsabiqəsi keçirildi. Məktəbimizin 5 "B" sinif şagirdləri Bağırova Nurgül Fizuli qızı, Məhərrəmli Nəzrin Elmir qızı, Hüseynli Fatimə Vüqar qızı müsabiqədə iştirak etdilər. Hüseynli Fatimə şeir müsaqibəsində fərqləndiyi üçün Fəxri Fərmanla təltif olundu.