Yüksək nəticə göstərən şagirdlər məktəbin rəhbərliyi tərəfindən diplomlarla təltif edildi

Aprelin 1- də Suraxanı rayonu 318 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İstək Liseyinin təşkilatçılığı ilə keçirilən Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu keçirilmişdir. Bu yarışda məktəbimizdən 1 şagirdimiz 1-ci yer, 2 şagirdimiz 2-ci yer, 3 şagirdimiz isə 3-cü yer qazanmışdır. Nəticələrə uyğun olaraq məktəbin rəhbərliyi tərəfindən həvəsləndirmə məqsədi ilə yüksək nəticə göstərən şagirdlər diplomlarla təltif edildi. 1-ci yer sahibi Soltanov Kamil Mübariz oğlu 80 faiz nəticə ilə II Məntiq Olimpiadasının ikinci turunda iştirak edəcəkdir. Ona uğurlar arzulayırıq!