Tarix müəllimi Kifayət Abbasova 9 "B" sinfində "Açıq dərs" keçdi

Məktəbimizdə bu gün tarix aylığı bitdi. Sonuncu "Açıq dərs" tarix müəllimi Kifayət Abbasova 9 "B" sinfi ilə keçirdiyi tarix dərsi oldu. Dərsin mövzusu “Ağqoyunlu dövləti” idi. Dərsdə interaktiv təlim üsullarından və İKT-dən istifadə olundu. Dərs mərhələləri prosesində müəllimin pedaqoji texnikası, natiqlik məharəti, təşkilatçılıq qabiliyyəti sayəsində təlim materialının yüksək səviyyədə mənimsədilməsinə nail olunmuşdur. Dərsdə məktəbin direktor əvəzi Mürsəl Kazımov, direktor müavinləri – Tutu Həmzəyeva, Aytən Sadıqova və valideynlər iştirak etmişlər. Onlar dərs haqqında öz yüksək rəylərini və təkliflərini bildirdilər.