Tarix müəllimi Piriyeva Gültəkin 8 "Ç" sinfində "Açıq dərs" keçdi

Məktəbimizdə keçirilən uğurlu "Açıq dərs"lərdən biri də 21 aprel 2017 tarixində 8 "Ç" sinfində Piriyeva Gültəkin müəllimin keçirdiyi tarix dərsi oldu. Dərsin mövzusu “Rusiyanin Azərbaycanı işğal etməsi. Gəncənin Rusiya tərəfindən işğalı” idi. Dərs elmi cəhətdən çox yüksək səviyyədə keçdi, əyani vəsaitlərdən, İKT-dən istifadə olundu. Şagirdlərin işgüzar fəallığı onların bu fənni çox sevdiklərini nümayiş etdirdi. Dərsdə məktəbin direktor əvəzi Mürsəl Kazımov, direktor müavinləri – Tutu Həmzəyeva, Aytən Sadıqova və Uşaq birliyin rəhbəri Xədicə Səmədova iştirak etdilər. Onlar dərs haqqında öz yüksək rəylərini və təkliflərini bildirdilər.