Tarix müəllimi Sevda Kərimova “Atabəylər dövləti” mövzusunda "Açıq dərs" keçdi

"Məktəbin illik fəaliyyət planı"na əsasən açıq dərslərimiz davam edir. Belə ki, 18 aprel 2017 -ci il tarixdə 318 nömrəli tam orta məktəbdə tarix fənnindən "Açıq dərs" keçirilmişdir. Tarix fənn müəllimi Sevda Kərimovanın 5 "E" sinfində keçirdiyi "Açıq dərs" “Atabəylər dövləti” mövzusunda olmuşdur. Mövzu müasir tələblərə uyğun olaraq kollektiv və qruplar formasında müzakirə olunmuşdur. Şagirdlər əyani vasitələri maraqla istifadə etmişlər. Dərsdə məktəbin direktor əvəzi Mürsəl Kazımov, direktor müavini Tutu Həmzəyeva iştirak etmişlər. Sonda dərs haqqında yüksək rəy verildi.