Tarix müəllimi Səadət Rüstəmova 8 "A" sinfində "Açıq dərs" keçdi

Məktəbimizin 8 "A" sinfində tarix fənnindən "Açıq dərs" keşirildi.Tarix müəllimi Səadət Rüstəmovanın keçdiyi bu dərsin mövzusu “Rusiyanin Azərbaycanı işğal etməsi. Gəncənin Rusiya tərəfindən işğalı” idi. Dərsin gedişatında sinif fəal iştirak etdi. Dərsdə interaktiv təlim üsullarından və İKT-dən istifadə olundu. Müəllimin qoyulmuş problemi həll etmək üçün istifadə etdiyi təlim üsulları çevik və məqsədəuyğun idi. Şagirdlər müasir üsullardan istifadə edərək mövzuya aid layihələrini nümayiş etdirdilər. Dərsdə demokratik mühitlə yanaşı nizam-intizamın təşkili də təmin edilmişdir. Dərsin gedişini izləyən məktəbin direktor əvəzi Mürsəl Kazımov və direktor müavinləri – Tutu Həmzəyeva, Aytən Sadıqova dərsin nəticəsinə dair öz yüksək rəylərini və təkliflərini bildirdilər. Dərsə həm vaxt, həm də anlatma baxımından da çox yüksək rəy verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi