"Açıq dərs"lərimiz davam edir

"Məktəbin illik fəaliyyət planı"na əsasən "Açıq dərs"lərimiz davam edir. Məktəbimizin tarix müəllimi Abdullayeva Aygün 8 "C" sinfində "Açıq dərs" nümunəsi nümayiş etdirdi. Dərsin mövzusu “Qarabağ xanlığı” idi. Dərs şagirdlərdə canlı maraq, kəskin reaksiya doğurdu. Bu da onları diskussiyaya girməyə sövq etdi. Dərsdə interaktiv təlim üsullarından və İKT-dən istifadə olundu. Məktəbin direktor əvəzi Mürsəl Kazımov, direktor müavinləri – Tutu Həmzəyeva, Aytən Sadıqova, İngilis dili müəllimi Aytəkin Abbasova, tarix müəllimi Sevda Kərimova açıq dərsdə iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi