Şagirdlərimiz Odlar Yurdu Universitetinə dəvət olundular

Suraxanı rayon Gənclər və İdman İdarəsi və Odlar Yurdu Universitetinin birgə layihəsi olaraq “Vətənini tanı” adlı məntiq və bilik yarışı kecirilmişdir. Bu yarışda məktəbimizin 10-cu sinifləri içərisindən seçilmiş 5 şagirdimiz iştirak etdi. Şagirdlərimizin savad və bacarıqlarının nəticəsi olaraq onlar yarışda III yeri qazandılar. 22 aprel 2017-ci il tarixində yarış qalibləri Odlar Yurdu Universitetinə dəvət edildilər. İlk öncə Universitetin nümayəndəsi şagirdləri Universitet ilə tanış etdi. Universiteti gəzən şagirdlər rektorluq, dekanatlıq, imtahan otaqları, fənn kabinetləri, auditoriyalar, kitabxana ilə tanış oldular. Tədbirin bədii hissəsindən sonra şagirdlərimiz universitetin rektoru Əhməd Vəliyev cənabları tərəfindən diplomlarla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi