"Uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiə" mövzusunda tədbir kecirildi

13 mart 2017 tarixində 318 nömrəli orta məktəbdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirildi. Keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlov – Abbasova və komitənin digər xanım əməkdaşları, Daxili İşlər Nazirliyin əməkdaşı, polis polkovnik –leytenantı Fuad Əliyev, məktəbin direktoru Mürsəl Kazımov, məktəbin pedaqoji kollektivi, yuxarı sinif şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru M.Kazımov insan alverinin qurbanına cevrilməməyin yolları, uşaq əməyinin istismarı haqda şagirdlərə məlumat verdi. Mövzunu əhatə edən bukletlər paylanıldı, qısa filmlər, videoçarxlar nümayiş olundu. Daha sonra Aynur Veysəlov – Abbasova ölkədə uğurla həyata keçirilən ailə, qadın və uşaq siyasəti, insan alveri ilə mübarizə sahəsində mövcüd vəziyyət və mübarizə üsulları ilə şagirdləri məlumatlandırdı. Daxili İşlər Nazirliyin əməkdaşı, polis polkovnik –leytenantı Fuad Əliyev çıxışında insan alveri ilə mübarizə sahəsində dövlət siyasəti – üsullar, praktika, preventiv tədbirlər eləcə də, internet təhlükəsizliyi, zərərli vərdişlərə qarşı mübarizədən bəhs edən geniş məruzə ilə çıxış etdi. Sonda mövzular ətrafında çıxışlar dinlənilib müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi