10-cularımız bilik yarışmasının qalibləri oldu

11aprel 2017 tarixində Suraxanı Rayon Gənclər və İdman İdarəsində rayon məktəbləri arasında “Humanitar fənlər” mövzusunda bilik yarışması keçirildi. 318 nömrəli orta məktəb bu yarışmaya 10-cu sinif şagirdlərindən ibarət komanda ilə iştirak etdi. Yarışda məktəbimizi 10-cu sinif şagirdləri Güləhmədzadə Adelya, Ağayev Elman, Xaliqov Ruhad, Əliyeva Fidan, Qəzənfərli Səlimə təmsil etdilər. Suraxanı rayon məktəbləri arasında məktəbimizin şagirdləri I yerə çıxdılar. Şagirdlərimizə kitablar hədiyyə olundu.