Məktəbimizdə "Fitnə" filmi nümayiş olundu

Aprelin 5-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Suraxanı rayonu 318 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirildi. “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov, Fidan Aslanova, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, məktəbin direktoru Mürsəl Kazımov, adıçəkilən məktəbin şagird və müəllimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru M.Kazımov İslam dininin humanist və sülhsevər din olduğunu qeyd edib. Məktəblərdə bu mövzuda maarifləndirmə tədbirlərinin təşkilinin xüsusi əhəmiyyətli olduğunu vurğuladı. Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edildi. Filmin nümayişindən sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, dostluq və qardaşlıq içində yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından bəhs edən geniş məruzə ilə çıxış etdi. Suraxanı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov çıxışında dini maarifləndirmə sahəsində görülən işlərdən və həyata keçirilən layihələrdən söz açdı. Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi