Şagirdlərlə vətənpərvərlik mövzusunda söhbət aparıldı

318 nömrəli tam orta məktəbin kitabxana müdiri Almaz Rüstəmova və Uşaq Birliyi Rəhbəri Məlahət Balacanovanın rəhbərliyi ilə şagirdlərlə vətənpərvərlik mövzusunda maraqlı və əhəmiyyətli söhbət aparıldı. Bu tədbir şagirdlərimizin milli ruhunu gücləndirmək və vətənə bağlılığını artırmaq məqsədilə təşkil olundu.Tədbirdə şagirdlər vətənə olan sevgilərini ifadə etdilər, milli dəyərlərlə bağlı fikirlərini bölüşdülər və vətənpərvərlik ruhunun önəmini vurğuladılar.

Tədbirdə qeyd olundu ki, vətənpərvərlik mövzusunun məktəb həyatında vətənə sevgini və vətən üçün məsuliyyət hissini artırmaqda böyük rol oynayır.

Tədbirin sonunda şagirdlər vətənpərvərlik mövzusunda öz fikirlərini ifadə etdilər və gələcəkdə də belə tədbirlərin keçirilməsini arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi