Məktəbimizdə Lütfi Zadə adına məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu keçirilib

Aprelin 1- də Suraxanı rayonu 318 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İstək Liseyinin təşkilatçılığı ilə keçirilən Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu keçirildi. Olimpiadada Azərbaycan bölməsi üzrə 31 nəfər şagird iştirak etdi. Olimpiada saat 10:00 - da başlandı və 11:30 - da yekunlaşdı. İmtahan məktəb direktoru, direktor müavinləri və digər müəllimlərin nəzarəti ilə həyata keçirildi. İmtahanın sonunda sual kitabçaları yığıldı. Cavablar Bakı Şəhər Təhsil İdarəsi tərəfindən göndərilmiş formaya yazılıb aidiyyatı ünvana göndərildi.