Bakı konfransında 318 nömrəli məktəbin şagirdi Əli Beybutzadə seçilənlər arasında oldu

Bakı Şəhər İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin 102-ci doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

          Paytaxt məktəbliləri arasında keçirilən və ənənəvi hal almış bu konfransda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər və KİV nümayəndələri iştirak ediblər.

Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib. Konfransda qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 3500 nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. Referatların 80-nə yaxını komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcək. Referatı çap olunacaq şagirdlərdən biri də 318 nömrəli tam orta məktəbin tarix müəllimi Sevda Kərimovanın rəhbərlik etdiyi sinifdən Əli Beybutzadə olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi