"Milli-mənəvi dəyərlərin tarixi kökü" adlı söhbət aparılıb

Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması xalqın tarixi yaddaşının və ümumi inkişafının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin bu iş sistemli və elmi səviyyədə təşkil edilməlidir. Bu baxımdan da ilk növbədə milli-mənəvi dəyərlərin tədrisi və təbliği işi təhsildən başlamalıdır.
Milli-mənəvi dəyərlərin qorunub saxlanılması və nəsillərə çatdırılması yönümündə məktəbdə tədbirlər təşkil olunur.
Bu məqsədlə 318 nömrəli tam orta məktəbin tarix müəllimi Sevda Kərimova şagirdlərlə söhbət aparıb. Şagirdlərə bildirilib ki, milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşamışdır. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Mənəviyyat məsələsi elə bir sahədir ki, hər zaman cəmiyyətdən diqqət və qayğı tələb edir.