IV sinif şagirdləri ilə psixodiaqnostik iş aparılıb

318 nömrəli tam orta məktəbin psixoloqu Vəfa Əliyeva tərəfindən yaddaşın tərkibini və keyfiyyətini araşdırmaq məqsədilə "Piktoqramma" metodikası edildi. Təlimata əsasən şagirdlər müəyyən olunmuş vaxt ərzində müxtəlif konkret və mücərrəd mənalı sözləri təsvir etməli və sonda hər bir təsvirin adlarını yazmalıdırlar.
Diaqnostik işin aparılmasında məqsəd şagirdlərin yaddaşda saxladığı məlumatları necə sistemləşdirdiyini anlamaq, şəxsi assosiasiyaların yadda saxlamaya təsirini tədqiq etmək idi. Diaqnostik iş şagirdlər tərəfindən çox maraqla qarşılanıb.
Sonda sözlərin təsvirləri müzakirə olunub.
Diaqnostik işdə bütün 4-cü siniflər iştirak edib.