"Həyəcan hissini necə idarə edək?" adlı maarifləndirici profilaktik iş aparılıb

Yetişməkdə olan gənc nəsil inkişafında hiss və duyğuların idarəsi mühüm rol oynayır. Bu məqsədlə şagirdlər "Həyəcanlılıq hissini öyrənmək üçün anket" sorğusunu cavablandırdılar. Həyəcan hissini azaltmaq üçün məktəbimizin psixoloqu Vəfa Əliyeva tərəfindən müxtəlif metodlar edildi. "Kvadratla nəfəs alma", "İki-iki nəfəs alma", "Əzələ gərginliyini azaltmaq üçün relaksasiya hərəkətləri ", "Şar tapşırığı " edildi.
Sonda şagirdlər həyəcan hissinin normal bir hal olduğunu qəbul etdilər. Həddindən artıq həyəcanın isə öz fikirlərini ifadə etməyə mane olduğunu, gərginlik, yorğunluq yaratdığı bildirildi.