31 Mart – azərbaycanlıların soyqırımı günüdür

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Hər il bu faciə ilə əlaqədar məktəbimizdə bir sıra tədbirlər keçirilir. 31 mart 2017-ci il tarixində tarix müəllimi Elşad Məmmədov 5-ci və 10-cu sinif şagirdləri ilə söhbət aparıb bu haqda geniş məlumat verdi. Toplantıda məktəbin psixoloqu V.Əliyeva və Uşaq Birliyinin Rəhbəri X. Səmədova iştirak etdilər. Onlar bu faciənin tarixi haqqında məlumat verdilər, eyni zamanda dovlətimizin günü-gündən inkişaf etdiyini, qələbə əzmiylə irəlilədiyini də qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi