“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir. Layihə çərçivəsində mart ayı “Alternativ enerji” mövzusuna həsr olunub. 28 mart 2017 tarixində məktəbimizin ibtidai sinif müəllimi Həsənova Vüsalə 3 "A" sinfi ilə “Günəş, külək, dalğa” başlığı altında dəyirmi masa keçirdi. Müəllim hazırlanan slayd üzrə mövzunu şəkillərlə izah etdi. Şagirdlər alternativ enerji mənbələrindən olan günəş, külək, dalğa mövzularında rəsmlər çəkmiş, maraqlı məlumatlar toplamışlar. Müəllim qeyd etdi ki, Azərbaycanın demək olar ki, bütün əraziləri zəngin alternativ enerji resurslarına malikdir. Şagirdlərə izah edildi ki, ekoloji problemlərin aradan qaldırılması yollarından biri də təbiətin bizə bəxş etdiyi sərvətlərdən qənaətlə və səmərəli istifadə etməkdir. Dəyirmi masada şagirdlər fəal iştirak etdi və qoyulan məsələlər ətraflı cavablandırıldı. Bu mövzuda keçirilən dərslərdə - şagirdlərin ətraf mühit problemlərinin həllinə erkən yaşlarından cəlb edilməsi, təbiətə sevgi, ekoloji maarifləndirmənin daha da gücləndirilməsi kimi onəmli dəyərlər əsas hədəfdir.