“Alternativ enerji mənbəyi” mövzusunda diskussiya keçirilmişdir

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir. Layihə çərçivəsində mart ayı “Alternativ enerji” mövzusuna həsr olunub. 27 mart 2017-ci il tarixində məktəbimizin coğrafiya müəllimi Gülnarə Mehdiyevanın rəhbərliyi ilə 9 "C" sinfində “Alternativ enerji” adlı diskussiya keçirildi. Alternativ energetikanın gələcəyə yönələn perspektiv sahə olması, iqtisadi səmərəlilik baxımından əlverişli olması, onların əsasında bərpaolunan enerjinin durması, günəş, külək, dalğa, su və digər bərpaolunan mənbələrdən enerjinin alınması və istifadəsi haqqında məsələlər müzakirə olundu. Şagirdlərin sualları cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi