Peşə sinifləri öz hazırladıqları milli təamları nümayiş etdirdilər

Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Bunu Azərbaycanın qonağı olan və bu nemətlərdən dadan hər bir kəs təsdiq edir.
Qatıldığı bütün yarışlarda birinciliyi əldən verməyən milli kulinariya ustalarımız dünyanın bir neçə ölkəsində xalqımıza məxsus zəngin mətbəx mədəniyyətini nümayiş etdirib.
318 nömrəli tam orta məktəbin peşə sinifləri bir sıra müxtəlif təamlar nümayiş etdiriblər. Bu tədbirin keçirilməsində məqsəd milli mətbəximizi şagirdlərə yaxından tanıtmaq, milli yeməkləri və onların qədim tarixləri haqqında məlumat vermək olub.