"Heydər Əliyev və Azərbaycan tarixi" referat-yazı müsabiqəsində uğurlu iştirak

Suraxanı rayonu İcra Hakimiyyətinin təşkil etdiyi "Heydər Əliyev və Azərbaycan tarixi" referat-yazı müsabiqəsində 318 nömrəli tam orta məktəbin 8 “Ə” sinif şagirdi Beybutzadə Əli də iştirak etmiş və mümkün mərhələləri keçmişdir.

Referat-yazının elmi rəhbəri həmin məktəbin tarix müəllimi Kərimova Sevda Əliyə tarix fənnini sevdirmiş və onu bu müsabiqədə iştirak etməyə ruhlandırmışdır.

Əlinin seçdiyi mövzu “Şəddadilər dövləti” haqqında idi. Əli keçmiş tariximizi müasir dövrlə, torpaqlarımızın azad olunması ilə çox gözəl əlaqələndirmişdir.

Əliyə gələcək yarışlarda da uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi