2017-ci il martın 29-da Pedaqoji Şuranın növbəti iclası keçirildi

29 mart 2017-ci il tarixində 318 nömrəli orta məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılar idi: 1. Məktəbdə psixoloji xidmətin vəziyyəti və görülmüş işlər. Məruzəçi – məktəbin psixoloqu Vəfa Əliyeva. 2. Kitabxanaçının hesabatı. Məruzəçi – Məktəbin kitabxana müdiri Almaz Əhmədova. 3. Cari məsələlər. Məruzəçi – direktor Mürsəl Kazımov. Məktəbin psixoloqu V.Əliyeva çıxış edərək dərs ilinin əvvəlindən bu günə qədər məktəbdə gördüyü işlərdən, keçirdiyi tədbirlərdən, psixoloji testlərdən danışdı və eyni zamanda məktəbdə psixoloji keyfiyyətin artmasını qeyd etdi. O, xüsusi ilə, 1-ci siniflərdə və məktəbəqədər hazırlıqlarda daha geniş iş görüldüyünü söylədi. Məktəbin kitabxana müdiri A.Əhmədova daha geniş hesabatla çıxış etdi. Fondda 33 mindən çox kitabın olduğunu, həm müəllim kollektivinin, həm də şagirdlərin kitaba marağından, oxucu fəallığından danışdı. Eyni zamanda kitabların qorunmasının vacibliyini qeyd etdi. Sonra məktəbin direktoru Mürsəl Kazımov məktəbə gələn, məktəbdən gedən, qiymətləndirilməyən şagirdlər haqqında, eləcə də siniflərin keyfiyyət faizləri və məktəbdə keçirilən açıq dərslər haqqında məlumat verdi. Bundan başqa məktəbin siniflərinin tərtibatı və şagirdlərin dərsə davamiyyətindən də danışıldı. Aprel ayında tarix fənnindən keçiriləcək açıq dərslər haqqında məlumat verildi. Sonda müəllimlərin sual və təklifləri dinlənildi, müzakirələr aparıldı, tapşırıqlar verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi