"Mənim öz dünyam var" psixo-pedaqoji çalişma aparıldı

318 nömrəli tam orta məktəbin psixoloqu Vəfa Əliyeva tərəfindən V sinif şagirdləri ilə "Mənim öz dünyam var" psixo-pedaqoji çalışma edildi.

Şagirdlər "Öz dünyalarını"  müxtəlif cür əks etdirdilər.  Onlar öz dünyalarını təsvir etmək üçün şeirdən, hekayədən,  şəkillərdən, nağıllardan istifadə etdilər və  öz dünyaları haqqında məlumat verdilər.

Məqsəd şagirdlərin təfəkkür və təxəyyüllərini inkişaf etdirmək, öz yaşadıqları dünyalarına kənardan baxaraq, öz yanaşma tərzlərini bilmək, dəyərləndirmək və xoşbəxt olmaq üçün çoxlu səbəblərinin olmasını aşılamaq idi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi