Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Xocalı faciəsinə həsr olunmuş növbəti anım tədbiri keçirilib. Tədbirə Uşaq Birliyi Rəhbəri Məlahət Balacanova və kitabxana müdiri Almaz Rüstəmova rəhbərlik edib.
Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsidir. Xocalı soyqırımının günahsız qurbanlarının, habelə bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə şagirdlər Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyaları təqdim edib.