Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

318 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Gülnarə Mehdiyevanın rəhbərliyi ilə 7 “B” sinfində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi yad edilmiş, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğu şagirdlərə çatdırılmışdır. Bildirilmişdir ki, bu soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.
Tədbirdə Xocalı soyqırımının Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmaqla dövlətimizin həm daxili, həm də xarici siyasətində daim diqqət mərkəzində olduğu diqqətə çatdırılıb.
Tədbirin məqsədi böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək olub.