"Reproduktiv sağlamlıq nədir" mövsuzunda profilaktik iş aparıldı

318 nömrəli tam orta məktəbin psixoloqu Vəfa Əliyeva tərəfindən IX sinif şagirdləri ilə "Reproduktiv Sağlamlıq nədir" mövzusunda profilaktik məşğələ keçirildi. "İlkin yeniyetməlik yaş dövrünün xüsusiyyətləri", "Yeniyetmələrin əsas psixoloji problemləri" barəsində söhbət aparıldı.

Bu yaş dövründə uşaqların maraq dairəsi, sosial çevrəsi dəyişir və bütün bunlar da, təbii ki, onların psixologiyalarına təsir göstərir. Şagirdlərin  sinir sistemi tipinin təyini məqsədilə Ayzenkin "Fərdi Fərqlərin təyini" testi edildi. Sonda aktiv həyata diqqəti yönəltməyə, müsbət düşünməyə, minnətdarlıq hissi ilə, empatiya duyğusu ilə yaşamağa, təşəkkür, təbəssüm etməyə, yuxu rejiminə diqqət etməyə şagirdlərə tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi