Xocalı soyqırımına həsr olunmuş dərslər keçirilir

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur. Məktəbin tarix müəllimi Elşad Məmmədov Xocalı soyqırımına həsr olunmuş açıq dərs keçirib.
Dərs Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dərsdə Xocalı soyqırımının Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmaqla dövlətimizin həm daxili, həm də xarici siyasətində daim diqqət mərkəzində olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Xocalı soyqırımı Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
Dərsin məqsədi böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək olub.