2 saylı uşaq evində görüş

Hər il olduğu kimi, bu ildə məktəbimizin şagirdləri bayram sovqatı topladılar. 15 mart 2017 tarixində 318 nömrəli orta məktəbin bir qrup müəllim və şagird kollektivinin iştirakı ilə yığılmış sovqatlar 2 nömrəli uşaq evinə aparıldı. Bu görüşdə məktəbin direktor əvəzi M. Kazımov, direktor müavini M.Mehbalıyev, tarix müəllimi Aynur Suleymanova, Uşaq birliyinin rəhbəri Xədicə Səmədova və məktəbin 9 "D" sinfi iştirak etdilər. Şagirdlərimiz uşaqların bayramlarını təbrik edib onlarla tanış oldular, maraqlı söhbət edib birlikdə xatirə şəkli çəkdirdilər. Onlar özləri ilə apardıqları sovqatları uşaqlara paylamış, hədiyyələri ilə onları sevindirmişlər. Məktəbimizin şagirdləri uşaq evindən xoş təəsüratlarla ayrıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi