Şagirdlər “Qaraca qız” əsərini müzakirə etdilər

Görkəmli dramaturq, uşaq yazıçısı və pedaqoq kimi tanınan Süleyman Sani Axundovun Qorxulu nağıllar silsiləsindən olan "Qaraca qız" əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. S.S Axundovun bu silsilədən olan hekayələrində valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Bu cəhətlərini nəzərə alaraq 318 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Nəcəfova Firuzə müəllim 4 "Ç" sinfi ilə S.S Axundovun "Qaraca Qız" hekayəsini müzakirə etdilər. Müzakirədə kitabxana müdiri A.Əhmədova və Uşaq birliyinin rəhbəri X.Səmədova iştirak etdilər. “Kitablar bizim səssiz müəllimlərimizdir “ - sözləri ilə müzakirəyə başlayan Firuzə müəllim yazıçı və onun əsərləri, hekayələri haqqında şagirdlərə ümumi məlumat verdi. Əsərdəki mənfi və müsbət obrazlardan, dostluğa sədaqətdən və bu kimi fikirlər müzakirə edildi. Şagirdlər müzakirədən sonra əsərin qəhrəmanlarına öz fikirlərini əks etdirən məktublar yazdılar və oxudular, mövzu ilə bağlı hekayə qəhrəmanlarının öz təxəyüllərində canlandırdığı kimi rəsm əsərlərini çəkdilər. Müzakirənin bədii hissəsində şagirdlər səhnələşdirdikləri hissələri nümayiş etdilər.Bu kimi müzakirələrin əsas hədəfi şagirdlərdə ətrafda baş verənlərə yaradıcı yanaşmağa istiqamətləndirməklə onların təfəkkürünü inkişaf etdirmək, sosiallaşma, ümumi məqsəd uğrunda birgə çalışmaq, mərhəmət, dostluq, qayğıkeşlik, xeyirxahlıq, insansevərlik kimi dəyərləri aşılamaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi