Novruz bayramınız mübarək!

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir. 318 nömrəli tam orta məktəbdə ana təbiətin oyanışı ilə əlaqədar "Novruz şənliyi" keçirildi. Şənlikdə məktəbin bütün müəllim və şagird heyəti iştirak etdi. Şagirdlər öz rəqsləri, səhnəcikləri və möhtəşəm çıxışları ilə hər kəsi heyran etdi. Novruz bayramınız mübarək!