"Psixologiya həftəsi" çərçivəsində şagirdlər ilə korreksiya işi aparıldı

318 nömrəli tam orta məktəbin psixoloqu Vəfa Əliyeva tərəfindən təlimdə geri qalan, təlim motivasiyası aşağı olan şagirdlərlə korreksiya işi aparıldı. “Psixologiya həftəsi” çərçivəsində qrup məşğələləri təşkil edildi. "Rəsmi davam etdir", "Əksmənalı sözlərin tapılması", müxtəlif pazllar və "Segen lövhələri" ilə işlər görüldü.
Məqsəd kiçik məktəblilərə təlimin heç də çətin olmadığını, əgər cəhd etsə, istənilən şagirdin bunun öhdəsindən gələ biləcəyini oyunlar vasitəsilə çatdırmaqdan ibarət olub.