20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

318 nömrəli tam orta məktəbin kitabxana müdiri Almaz Rüstəmova və kitabxanaçı Gülnar Quliyeva tərəfindən 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar "Vətən şəhidləri heç vaxt unutmayacaq!" adlı tədbir təşkil olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə 1990-ci ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr əhatə edilib. Xalqimizin azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsl qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilib. 20 Yanvar, şagirdlərə Azərbaycanın istiqlal yolunun başlanğıcı, milli oyanış günü olduğu aşılanıb.

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, əbədi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Azadlıq, müstəqillik fədailərimizi hörmətlə və qürurla anırıq !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi