“Zərərli vərdişlərə yox deyək!” adlı layihə keçirilib

Məktəbimizin psixoloqu Vəfa Əliyeva və tibb bacısı Fəridə Sadıxova tərəfindən VII və VIII sinif şagirdləri ilə “Reproduktiv Sağlamlıq” layihəsi üzrə “Zərərli vərdişlərə yox deyək!” adlı layihə keçirilib.
Məqsəd zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri barəsində məlumatlar vermək, bu vərdişlərdən qorunmaq yollarını müzakirə etməkdən ibarət olub. Şagirdlərə bildirilib ki, pis və ya zərərli vərdişlərdən uzaq olmaq, özünə və cəmiyyətə ziyanlı əməllər sahibi olmamaq insandan iradə, xarakter tələb edir. İradəni, xarakteri gücləndirmək üçün mütaliyə, müntəzəm idman hərəkətləri, piyada gəzinti, meditasiya ilə məşğul olmaq, normal qidalanmaya, istirahət və yuxu rejiminə ciddi riayət etmək lazımdır.
Şagirdlərlə birlikdə "Vərdişlər çarxı" hazırlandı. Vərdişlər zərərli - zərərsiz, ziyanlı - ziyansız vərdişlər olaraq 2 qrupa bölündü.
Şagirdlər arasında zərərli vərdişlər, xüsusi ilə siqaret və onun əks təsirləri barəsində fikir mübadiləsi aparıldı.